Bu gün Dövlət İmtahan Mərkəzində dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçirilir.

DİM-dən Trend-ə verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə keçirilir və imtahan saat 10:00-da başlayıb.

Sınaq imtahanında yeni test tapşırıqlarından istifadə edilir.