Foto © pixabay.com
 Foto © pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniya xəstə və yaşlılara baxmaq üçün 50 min işçiyə ehtiyac olduğunu elan edib. AzEuroNews.com xəbər verir ki, şərtlərdən biri işçilərin 3 illik praktika keçməsidir. Bu müddətdə onlar qalmaq üçün yer və yeməklə təmin ediləcəklər. Eyni zamana onlara 950 avro aylıq maaş veriləcək. 

İşçilərin 3 illik stajdan sonra alacaqları maaş isə 2600 avroya qədərdir.

Üsəlik onlar Almaniyada daha 3 il yaşamaq icazə əldə etməklə bir Almaniya vətəndaşı ilə eyni hüquqa sahib olacaqlar. 

AzEuroNews.com-un əldə etdiyi məlumatda deyilir ki,  artıq Almaniya Türkiyəyə rəsmi müraciət edərək xəstə və yaşlılara baxması üçün işçi istəyib.

Türkiyənin Kozan Sis Peşə Texnik ve Anadolu Liseyində Almaniyaya gedəcək olan işçilər üçün hazırlıq kursları başlayıb. İlkin hazırlıq kursuna A1 səviyyəsində alman dilinin öyrədilməsi də daxildir.