Foto © pixabay.com
Foto © pixabay.com

Lamiyə Məmmədova / AzEuroNews.com / Paris  Fransa hökuməti şəhər mərkəzlərinə girişi pullu etməyə hazırlaşır. AzEuroNews.com xəbər verir ki, artıq bununla bağlı qanun layihəsinin hazırlıqlarına başlanılıb. Qanunun 2019-cu ilin ilk aylarında parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir.

Yeni qanunda əhalisi 100 mindən çox olan şəhərlərin mərkəzinə şlaqbaunların  qoyulması nəzərdə tutulub. 

Məsələn, şəhər mərkəzinə girən kiçik tutumlu yük maşını 2.5 avro ödəməli olacaq. Digər avtomobillər üçün bu rəqəm 5 avroya qədər müəyyən edilib. 

Şlaqbaunlar önündə qurulan xüsusi kameralar avtoobillərin nömrələrini qeydə alaraq ayın sonunda fakturanı sürücünün evinə göndərəcək.