Foto © Armin Linnartz/ wikipedia.org
Foto © Armin Linnartz/ wikipedia.org

Fərhad Çağtürk / AzEuroNews.com   Almaniya Səudiyyə Ərəbistanına silah satışını dayandıra bilər. AzEuroNews.com xəbər verir ki, bunu Almaniyanın baş naziri Angela Merkel söyləyib. Baş nazir jurnalist Camal Qaşıqçının İstanbuldakı baş konsolluqda qətlə yetrilməsini ən sərt şəkildə qınadıqlarını bildirib. 

O bildirib ki, bu cinayət hadisəsi yetərincə aydınlanmayıb : “Qaranlıq məqamlar çoxdur. Təcili bu hadisə ilə bağlı bütün suallar cavablandırılmalıdır. Bu vəziyyətdə silah satışından söhbət belə gedə bilməz”.

Məlumat üçün qeyd edək ki, Səudiyyə Ərəbistanı Almaniyanın ən çox silah satdığı ikinci ölkədir. Təkcə bu ilin son 9 ayında Almaniya bu ölkəyə 417 milyon dollarlıq silah satıb. 

Almaniya Səudiyyə Ərəbistanına 2016-cı ildə silah satışına başlayıb. Həmin il Almaniya bu ölkəyə silah satışından 530 milyon avro əldə edib. 2017-ci ildə bu rəqəm 249 milyon avro olub.