Bakının Səbail rayonunda, Badamdar sürüşmə zonasında çoxlu yeni çatlar yaranıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə kütləsinin üzərində çoxlu sayda yeni çatlar müşahidə edilir.

Sürüşmə sahəsinin yuxarı hissəsində süxur qopmaları davam edir.

Sürüşmə zonasında əsaslı dəyişiklik qeydə alınmayıb.