Yaponiya hökuməti “Facebook” sosial şəbəkəsindən istifadəçilərin şəxsi məlumatlarının mühafizəsinin təmin edilməsi üzrə əlavə tədbirlər görməyi tələb etmək niyyətindədir.

Trend-in məlumatına görə, Yaponiya hökuməti ilk növbədə Facebook-un istifadəçilərin zərurət halında məlumatların silinməsi haqqında sorğusuna operativ cavab verməsi üçün təminat almaq istəyir.

Bundan başqa, müvafiq komissiya sosial şəbəkədən burada qeydiyyatdan keçmiş 29 milyon istifadəçinin bu ilin sentyabrında şəxsi məlumatlarının oğurlanması səbəbini araşdırmağı tələb etmək niyyətindədir.

Qeyd edək ki, “Facebook” “The New York Times” qəzetində sosial şəbəkənin şəxsi məlumatları “Cambridge Analytica” şirkətinə verməsi haqqında yazı dərc olunandan sonra böyük qalmaqalın mərkəzinə çevrilib. Söhbət 87 milyon istifadəçinin fərdi məlumatlarından gedir.