Tural Abbaslı
Tural Abbaslı

Emil Salamoğlu/AzEuroNews.com ► “Qarabağ Komitəsində mitinqə hazırlıq davam edir. Keçən həftə mitinq keçirmək üçün məktub göndərməyi planlaşdırmışdıq. Amma bəlli səbəblərdən məsələ uzandı. Mətbuata da bu səbəblər çıxdı.

Akif Nağı təklif elədi ki, müraciət məktubunda hakimiyyətlə radikal konfrantasiyaya gedən şəxslərin adları olmasın. Fikrini belə əsaslandırdı ki, Qarabağ mitinqidir və siyasi rəqabət mitinqi kimi qəbul olunmasın”.

Bunu AzEuroNews.com-a AĞ partiya lideri, Qarabağ Komitəsi üzvü Tural Abbaslı bildirib. Komitə üzvü bildirib ki, İşçi Qrupunun iclası keçiriləcək və növbəti komitə iclasında məktubla bağlı məsələ yekunlaşdırılacaq.

T.Abbaslı deyib ki, ötən mitinqin nəticələri müzakirə olunur: “Kütləviliyin təmin olunması, şüarlar barədə diskussiyalar gedir. Əsas məsələ məktubun ünvanlanması və hakimiyyətin buna mövqeyidir. Əgər razılıq olmasa, icazəsiz mitinqlər müzakirə oluna bilər.

Lakin mitinqdəcəmiyyətin müxtəlif təbəqələri, tələbəsi, müəllimi də iştirak etmək istəyir. Sadəcə, çəkinirlər. Bizim mesajımız odur ki, Qarabağ siyasi mitinq deyil, gəlin iştirak edin. Ümid edirəm ki, hökumət aksiyaya razılıq verəcək”.

Ötən mitinqdə siyasi şüarların səslənməsi ilə bağlı komitə daxilində narazılığın yaranmasına gəlincə partiya sədri deyib ki, fərqli düşünənlərin birgə fəaliyyəti komitənin işini axsatmır: “Komitənin üzvlərinin sayı 40-a çatır, komitə genişlənir.

Qarabağ qaziləri, nüfuzlu insanlar müraciət edirlər. Birmənalı demək olmaz ki, bir fikrə pozitiv və ya neqativ yanaşma var. Komitədə nüfuzlu siyasətçilər var, onların təcrübəli adamlardır, hər kəsin fikrinə hörmətlə yanaşılır”.

İsgəndər Həmidovun çıxışının narazılıq doğurmasından danışan komitə üzvünün sözlərinə görə, onu dəstəkləyənlər əd oldu:

“Deməzdim ki İsgəndər bəyə hamı neqativ yanaşdı. Əksinə tərəfdarı olanlar da vardı ki, bu cür çıxış olsun, görünsün ki, mitinq hakimiyyətin diktəsi ilə keçirilmir”.