Azərbaycan Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayının artırılması təklif edilir.

“Report” xəbər verir ki, bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik olunur.

Maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Dəyişikliklə üzvlərin sayı 7-dən 9-a çatdırılır.

Dəyişiklik layihəsində qeyd olunub ki, İntizam komissiyasının iclası onun azı 4 deyil, 7 üzvü iştirak etdikdə səlahiyyətlidir. İntizam komissiyasının bütün qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Müvafiq rəy İntizam Komissiyasının üzvlərinin 6 səs çoxluğu ilə verilir.