Amerikanın “Apple” şirkətinə məxsus Beats by Dre firması qeyri-adi qulaqlıqlar istehsal edib. AzEuroNews.com bildirir ki, Cihaz Disney kompaniyasının siçanı Mikki Mousun 90 illiyinə həsr olunub.

Mikki Mous-un 90 illik yubileyinə həsr olunan cihaz Solo3 adlanır. Boz rəngdə istehsal edilən cihaz Mikki Mous şəkilləri ilə dizayn edilib.

Qeyd edək ki, bu qulaqlıqlar hələ satışa çıxarılmayıb.