Məşhur ispan ifaçıları Luis Fonsi və Deddi Yankeyin ifa etdiyi “Despacito” indiyə kimi yeddi mükafat qazanaraq Ginnesin Rekordlar Kitabına daxil olub.

AzEuroNews.com bildirir ki, hər kəsin sevərək dinlədiyi kompozisiya aşağıdakı nominasiyalarda qalib olub.

“Dünyanın ən çox dinlənilən mahnısı”, “Youtube-da 5 milyarddan çox izlənilən ilk video”, “İnternetdə ən çox izlənilən video”, “Rekord sayda ən isti Latın mahnıları Billboardlarını tutan”, “Ardıcıl olaraq 17 həftə ən isti Latın mahnıları Billboardlarının qalibi”, “İnternet istifadəçiləri tərəfiindən ən çox bəyənilən video”, “Duetlər arasında ən çox baxılan mahnı”.

Sertifikatların rəsmi təqdimatı 17 oktyabrda Mayamidə baş tutub. Fonsi tədbirdən şəkil paylaşaraq qürur duyduğunu bildirib.