Foto ©  Rudy and Peter Skitterians / pixabay.com
Foto ©  Rudy and Peter Skitterians / pixabay.com

Lamiyə Məmmədova / AzEuroNews.com / Paris  Fransa hökuməti köhnə benzin və dizellə işləyən avtomobillərə görə ödəniləcək yardımı artırıb. AzEuroNews.com xəbər verir ki, Fransada buraxılış ili 97-ci ildən köhnə benzinlə çalışan, 2006-cı ildən köhnə dizellə çalışan avtomobilləri dövlətə təhvil verənə edilən yardım 2 min avrodan 2500 avroya qaldırılıb. 

Bu yardım eyni zamanda hibrid motorlu (həm elektrik, həm də bezinlə çalışan) avtomobil alanlara da şamil ediləcək. 

Belə ki, Fransanın ekologiya naziri François de Rugy mətbuata açıqlamasında bildirib ki, 2019-cu ildən hibrid motorlu avtomobil alanlara dövlət 2500 avroya qədər yardım edəcək.