Çinin cənubunda dünyanın ən uzun dəniz körpüsünün rəsmi açılışı baş tutub. Uzunluğu 55 kilometr olan körpü Honkonq, Makao və Çjuxay şəhərlərini bir-birinə bağlayır. AzEuroNews.com bildirir ki, bu yeni körpü sayəsində Honkonqdan Çjuxaya gedən yol 6 dəfə azalacaq.

Hesablamalara görə 12 il sonra körpüdən hər gün 30 min nəqliyyat vasitəsi və 120 mindən çox sərnişin istifadə edəcək.