Milli Məclisin və onun aparatının 2019-cu il üçün xərclər smetası müəyyənləşib.


Modern.az-ın məlumatına görə, bu barədə “Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsində qeyd edilib.

Sənəddə göstərilib ki, Milli Məclisin və onun aparatının 2019-cu il üçün xərclər smetası üçün 27 milyon 69 min 600 manat nəzərdə  tutulub. Həmin məbləğin 2 milyon 688 min 360 manatı Milli Məclisin deputatlarının əməkhaqqına, digər vəsaitlər isə xarici səfərlər və s məsələlərə yönəldiləcək.

Qeyd edək ki, büdcə zərfinə daxil olan “2019-cu il dövlət büdcəsi haqqında”, ” 2019-cu il üçün yaşayış minimumu haqqında”, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.