Müğənni Berkayla davasından sonra gündəmdən düşməyən futbolçu Arda Turana bir zərbə də xanımı Aslıhan Doğan və ailəsindən gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, son günlər haqqında yayılan xəbərlərə əsəbiləşən Sabri Doğan 8 aylıq hamilə olan qızını öz evinə aparıb. İddialara görə, Aslıhan körpəsi dünyaya gələnə qədər ailəsi ilə birgə yaşayacaq.

Qeyd edək ki, Arda Berkayın xanımına söz atdıqdan sonra dava zamanı müğənninin burnunu sındırıb. İkilinin ilk məhkəməsi gələn il yanvarın 30-da keçiriləcək.