AzEuroNews.com  Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzi bu ölkədə iş tapmağın yolları ilə bağlı maraqlı araşdırma aparıb. AzEuroNews.com həmin araşdırmanı təqdim edir : 

  Almaniya təkcə Avropanın ən böyük və dünyanın dördüncü böyük iqtisadiyyata malik ölkəsi deyil, eyni zamanda beynəlxalq təsirə malik olan, dünya ictimaiyyətinin ən vacib siyasi, sosial problemlərinin həllinə davamlı dəstək verən ölkələrdən biridir. 

2018-ci ilin məlumatına görə, Almaniya əhalisi təxminən 82,2 milyon nəfərdir, işsizlik nisbəti yalnız 3.6% təşkil edir. 2018-ci ildə Rusiya, Ukrayna, Belarus və digər MDB ölkələrindən olan şəxslər arasında Almaniyada işə düzəlmək baxımından yüksək rəqabət mövcud olub. İş tapmağa ən real şansı olanlar texniki peşə sahibi, məsələn, mühəndis və ya informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislərdir. Almaniyada son illər yaşanan qaçqın böhranına görə bu sahədə qanunlar sərtləşdirilməkdə davam edir. Buna baxmayaraq, Almaniyada əcnəbilərin iş axtarışı ilə bağlı siyasət yumşalmadadır. Son illərdə xüsusilə, Ukrayna və Rusiyadan olan ərizəçilərin bu ölkəyə iş üçün müraciəti axını artmaqda davam edir. Buna səbəb həmin ölkələrdə əhalinin maariflənməsi ilə bağlı davamlı məlumatlandırma kampaniyalarının aparılmasıdır. Azərbaycanda isə bu vaxta kimi Almaniya daha çox qaçqın qəbul edən ölkə kimi tanınmaqda davam edir. Çünki ölkə vətəndaşlarının maariflənməsi sahəsində iş aparan, onların maariflənməsinə xidmət edən immiqrasiya ölkələr haqqında ölkə vətəndaşlarını maarifləndirən qurumlar mövcud deyil. 

Hazırda Almaniyanın yerli hakimiyyət orqanları da iqtisadi inkişafı dəstəkləmək üçün xarici mütəxəssisləri cəlb etməkdə maraqlıdırlar. Bundan əlavə, hökumət ölkəyə xarici sərmayələrin cəlb olunmasını təşviq edir. 

Bəs Almaniyada necə iş tapmaq olar? 

İlk olaraq, Almaniyadakı vəziyyətdən vətəndaşlarının işə olan tələbatını təmin etmək üçün Azərbaycan hökuməti faydalana bilər. Bunun üçün Azərbaycan hökuməti Almaniya hökumətinə müraciət edə bilər və ikitərəfli müqavilə bağlamaqla müvafiq sayda ixtisaslı mütəxəssislərin Almaniyada əmək fəaliyyətilə məşgul olması təmin edilər. 

Bu halda hər iki ölkə udmuş olacaq. Azərbaycan öz vətəndaşlarını işlə təmin edəcək, Azərbaycan iqtisadiyyatına hansısa kömək olacaq, Azərbaycan vətəndaşlarının müəyyən hissəsinin Avropaya inteqrasiyası baxımından da bu əhəmiyyət daşıyacaq. Bundan başqa Azərbaycanda işsizlərin sayı azalacaq, Almaniyanın əmək bazarı isə mütəxəssislərlə təmin olunacaq. Bundan başqa, Almaniya hər il Azərbaycandan gələn qaçqınların sayını bu yolla minumuma endirə biləcək. Bu məsələ ilə bağlı biz dəfələrlə Azərbaycan hökumətinə müraciət etsək də, hələ ki, nəticə yoxdur. 

İkinci qayda fiziki şəxslər tərəfindən Almaniyada işədüzəltməyə dəstək verən büroların yardımından faydalanmaqdır. Yəni, fiziki şəxs tərəfindən acılan təşkilat müəyyən ixtisaslar üzrə testlər keçirərək insanları alman dili kurslarına qəbul edir, onları müvafiq dil səviyyəsində hazırlayır və imtahan verilməsini təmin edir, eyni zamanda Almaniyada işə düzəltmə büroları ilə həmin şəxsləri əlaqələndirir. 

Eyni zamanda, vasitəçi olmadan da iş üçün müraciət etmək mümkündür. Bunun üçün özünüz birbaşa müraciət etməlisiniz. 

İndi Almaniyada iş axtaran həmvətənlərimizi iki qrupa bölmək olar. Birinci qrupa hazırda Almaniyada yaşayan və qaçqın statusu üçün müraciət etmiş şəxslər aiddir. Həmin şəxslər mütləq elə işəgötürən tapmalıdırlar ki, o, Əcnəbilərlə İş İdarəsində özü şəxsin işləməsinə icazə ala bilsin. İşləməyə icazə alandan sonra əmək hüquqları sahəsində ixtisaslaşmış vəkillərin köməyilə iş icazəsi almaq mümkün olacaq. Həmvətənlərimizin əsas problemi iş icazəsi əldə etməkdir. Bu qrupa aid olan soydaşlarımız Almaniyaya köçmədən əvvəl, yəni Azərbaycanda olanda iş tapmalıdırlar. 

Sizin tələb etdiyiniz və ya iddiaçı olduğunuz iş yerinə almanlar və ya digər Almaniya vətəndaşları iddialı olmamalı və müraciət etməməlidir. Almaniyada iş tapmaq üçün Almaniyanın Federal İşədüzəltmə Agentliyinin (FATG) veb saytına – arbeitsagentur.de (başqa saytlar da mövcuddur) baş vura bilərsiniz. FATG və Almaniyanın Əcnəbilərlə İş İdarəsi əcnəbilərin müraciətini ətraflı nəzərdən keçirirlər, bundan sonra iş icazəsi vermək barədə qərar verilir. Müsbət cavab olduqda, ərizəçi Azərbaycanda Almaniya Konsulluğuna iş vizası üçün müəyyən edilmiş sənədlərlə müraciət edir, bu da Almaniyada yaşamaq icazəsi almaq üçün əsas yaradan haldır. Almaniyaya gəldikdən bir həftə müddətində yaşayış yeri üzrə qeydiyyata düşmək üçün Qeydiyyat İdarəsinə (Einwohnermeldeamt), sonra da yaşayış icazəsi üçün müraciət etməlisiniz (Aufenthaltserlaubnis).

Həmçinin oxu: İş axtarmaq üçün Almaniyaya necə gəlmək olar?- “Mavi Kart”

 

Mavi Kart

Azərbaycanda yaşayan yüksək səviyyəli mütəxəssislər üçün ideal seçim Avropa Birliyi Mavi Kartını (Mavi Kart AB) alınmasına nail olmaqdır. Almaniyaya əmək miqrasiyası mavi kart da daxil olmaqla bir necə kateqoriyaya bölünür. 2018-ci ildə Almaniyada mavi kartın alınması üçün əsas tələb və ya şərtlər yüksək təhsil, ildə illik ən azı 52 min avro maaşdır. Lakin bəzi sahələrə olan tələbatı nəzərə alaraq bu məbləğı azaltmaq da mümkündür. 

Məsələn, IT, tibb, riyaziyyat və ya təbiət elmləri sahəsində bir sıra çatışmayan peşələrdə bu səviyyə 40,560 avroya endirilə bilər. Başlanğıcda Almaniyada olan AB Mavi Kartı 4 il müddətinə və ya əmək müqaviləsi müddətində müddətinə verilir. 2-3 il işlədikdən sonra daimi yaşayış statusu əldə edə bilərsiniz (Niederlassungserlaubnis). Xüsusi hallar istisna olmaqla, belə şəxslərər Almaniya vətəndaşlığı ölkədə ən az 8 il davamlı yaşayışdan sonra verilir.

 

Almaniyada həkimlərin iş düzəlməsi

Son zamanlar Almaniyaya gələn həkimlərin sayının artması bu sahədə rəqabəti gücləndirib. Almaniyanın tibb müəssisələri Avropa İttifaqından olan mütəxəssislərə üstünlük verməkdə davam edir. AB üzvü olmayan bir ölkədən olan şəxsi işə götürmək üçün işəgötürən ölkə vətəndaşlarının heç birinin həmin işə iddialı olmadığını sübut etməli və vakansiya üç ay və ya daha çox boş qalmasını təsdiqləməlidir. Həkimlərə ehtiyac Almaniyanın əyalət və bölgələrinə görə fərqlənir – kəndlərdə və kiçik şəhərlərdə və Almaniyanın şərq hissəsində iş tapmaq daha yaxşıdır. Bəzi federal ərazilərdə, məsələn Bavariyada əksinə, həkim kimi işə düzəlmək çətindir.

Həkim kimi işə düzəlmək üçün aşağıdakı mənbələrdən iş tapmaq üçün faydalana bilərsiniz:

• Marburgerbundda yerləşən Almaniya Terapistləri Həmkarlar Təşkilatlarının saytı. Sayt müntəzəm olaraq mövcud vakansiyalar haqqında məlumatları yerləşdirir.

• Almaniyanın əsas tibb jurnalının “Deutsches Artzteblatt” davamlı olaraq vakansiyalat haqqında məlumatı yerləşdirir. Siz ixtisas (Fachgebeit) və yaşayış yeri üzrə də axtarış edə bilərsiniz (PLZ – poçt kodu). 

• Stuttgart Tədqiqat Mərkəzindən Almaniyanın bütün yerlərində həkimlərlə bağlı vakansiya səhifəsi.

 

➤ Mühəndislər

Almaniyada mühəndislər iqtisadiyyatının hərəkətverici qüvvəsi hesab edilir. Lakin bəzi sahələrdə bu “qüvvə” kifayət deyil – hər şeydən əvvəl tikinti, elektrokimya, elektrotexnika və avtomobil sənayesi ixtisaslı kadrlara Almaniyada ehtiyac duyur. Xüsusilə, enerji səmərəliliyi, alternativ enerji mənbələrinin inkişafı və radio tezliklərin təyin edilməsi sahəsində mühəndislərə ciddi ehtiyac vardır. 

Mühəndislərin ilkin əmək haqqı: € 45.000. 10 il təcrübəsi olan mütəxəssislər ildə 50-64.000 € alırlar. Almaniyada ən yaxşı mühəndis ölkənin ən yaxşı texniki universitetlər qrupunun – TU9-a aid olan universitetlərdə təəhsil alan mühəndislər hesab olunur. Bu baxımdan, təhsilin yüksək keyfiyyətində deyil, eyni zamanda, bu təhsil müəssisələrinin müəssisələrlə sıx əməkdaşlığında – tələbələr gələcəkdə iş tapmaq üçün perspektivlər ilə praktik iş aparırlar. 

TU9 daxildir: 

• Aaxen Reyn-Vestfaliya Texniki Universiteti;

• Berlin Texniki Universiteti; • Braunschweig Texniki Universiteti; 

• Darmstadt Texniki Universiteti; 

• Dresden Texniki Universiteti;

• Leibniz Universiteti;

• Karlsruhe Texnologiyaları İnstitutu; 

• Münih Texniki Universiteti; 

  • Stuttgart Universiteti. 

Almaniyada mühəndislik peşəsi hökumət tərəfindən tənzimlənir. Mühəndislərin ixtisasları Tikinti Palatası tərəfindən təsdiqlənir (Baukammer). MDB ölkələrinin o cümlədən Azərbaycandan olan mütəxəssislərin şansı yüksək hesab olunur. Statistikaya əsasən, həmin ölkələrdən olan vətəndaşlardan 90% -nin ərizələri müsbət həll olunub. Mühəndisliklə bağlı ərizələrə bir az ərzində baxılır. Bütün sənədlərin yoxlanışı isə təxminən üç ay davam edir. Bəzi yoxlamalar zamanı tədris proqramında bəzi mövzu və ya təcrübənın olmadığı müəyyən olunarsa, bu boşluqların doldurulması haqqında tövsiyələr verilir. Ümumiyyətlə, mühəndislər texniki kolleclərdə təlim kurslarında iştirak edir və ya müəssisədə “uyğunlaşma” təcrübəsi keçirlər, bundan sonra İnşaat Palatası diplomu təsdiqləyir.

 

➤ İT mütəxəsisləri

İnkişaf etmiş ölkələrdə İT-mütəxəssisləri uzun müddətdir ki, ən populyar peşələrdən biri olaraq qalmaqdadır. Almaniya hazırda informasiya təhlükəsizliyinə çox diqqət ayıran ölkələrdən biridir. Bir neçə il əvvəl Almaniyada informasiya təhlükəsizliyi bazarının dövriyyəsi 2,75 milyard avro qiymətləndirilirdi. Bu rəqəm ildə 10% -dən çox olaraq artmaqda davam edir. Bu ixtisas üzrə işə düzələnlərin ilkin əmək haqqı € 40,500 məbləğındə nəzərdə tutulub. Bu sahədə bir qayda olaraq “İnformasiya Texnologiyaları” istiqamətində təhsil alan mütəxəssislərə üstünlük verilir. Ancaq fizika və ya riyaziyyat fakültəsini bitirənlərə də yer ayrılır.

Almaniyada gələcəkdə bu sahədə işləmək planınız varsa, nəzərə alın ki, işəgütürənlər aşağıdakı universitetlərin proqramlarını mənimsəyənlərə daha çox üstünlük verirlər: 

• Bremendəki Jacobs Universiteti; 

• IT mühəndisliyi sahəsində Almaniyanın yalnız lisenziya və magistr proqramı olan Gasso Plattner İnstitutu; 

• Ulm Universiteti, Mühəndislik və İnformasiya Texnologiyaları Fakültəsi; • Aaxen Reyn-Vestfaliya Texniki Universiteti; 

• Passau Universiteti. 

Almaniyada bu sahədə işləmək istəyən Azərbaycan vətəndaşlarının lisenziya almasına ehtiyac yoxdur. Lakin diplomun təsdiqi bəzi üstünlüklər verir. Məsələn, gələcək işəgötürən üçün ərizəçinin ixtisaslarını qiymətləndirmək daha asan olacaq. Bu ixtisas üçün test Alman Ticarət və Sənaye Palatası tərəfindən nəzərdən keçirilir. 

Bu sahədə iş tapmaq üçün xüsusi portallara diqqət ayırmaq vacibdir: 

• İT layihələrində mütəxəssislərin işə götürülməsi barədə elanların dərc olunduğu saytlar.

Soaial Media mütəxəssisləri Facebook, Twitter və s.

Almaniya əhalisinin təxminən yarısı – 38 milyon – hər gün sosial şəbəkələrdən istifadə edir və bu rəqəm artmaqda davam edir. Şirkətlər bu imkandan faydalanmaq istəyir – sosial şəbəkələrin hər hansı məhsulu məhsulu təşviq etmək, real müştərilər tapmaq və faydalı əlaqələr qurmaq üçün ideal platformalar olduğunu başa düşürlər. Hazırda bütün şirkətlərdə bir və ya bir necə SMM mütəxəssisi üçün iş yeri var. Belə mütəxəsislər üçün ilkin əmək haqqı illik € 40,000 avrodan başlayır. Almaniyada bu sahədə ixtisas verən hələ də ixtisaslaşmış təhsil müəssisəsi və ya rəsmi təlim proqramı yoxdur. Yəni, hansısa məktəb SMM mütəxəssisi diplomu vermir. Lakin belə şəxslər internet sahəsində zəruri bilik və vərdişlərə sahib olmalıdırlar. Məlumatlara görə, hazırda bu sahədə çalışan çox mütəxəssis kütləvi informasiya, marketinq və reklam sahəsində təhsil alan şəxslərdir. 

Hazırda bu sahəyə daha uğun olan aşağıdakı universitetlər hesab olunur:

• Bavariy Reklam və Marketinq Akademiyası. 

• Düsseldorf Rabitə və Marketinq Akademiyası. 

• Hamburq Tətbiqi Elmlər Universitetində dizayn və kommunikasiya fakültəsi. 

Eyni zamanda Hamburq, Berlin və Iserlohn Biznes və İnformasiya Texnologiyaları Məktəblərinin də media idarəçiliyi üzrə bakalavr proqramı var.

Almaniyada kütləvi informasiya və media sahəsində diplom təsdiqi tələb olunmur. SMM peşəkarlarının da işləmək üçün lisenziyaya ehtiyac yoxdur. Lakin diplomun təsdiqi bəzi üstünlüklər verəcək. Məsələn, gələcək işəgötürən üçün ərizəçinin ixtisaslarını qiymətləndirmək daha asan olacaq. 

Bu ixtisas üçün ixtisas testi Alman Ticarət və Sənaye Palatası tərəfindən nəzərdən keçirilir. 

Aşağıdakı kimi saytlar vasitəsilə bu sahədə iş axtara bilərsiniz: 

• Online Marketing Jobs SEO, SEM və SMM mütəxəssisləri üçün daimi olaraq yenilənmiş vakansiyalar siyahısına malik ən böyük platformadır. 

• Berufsziel-socialmedia yalnız SMM mütəxəssisləri üçün vacib olan bir saytdır. 

  • com – SMM vakansiyalarının olduqca geniş hissəsi olan bir sayt.

  İngilis dili müəllimi

İngilis dili müəllimi kimi də Almaniyada iş tapmaq mümkündür. Almaniyada ingilis dili müəllimləri arasında çox ciddi rəqabət mövcuddur. Buna baxmayaraq, tədris üslubuna, mövcud olan tələblərə əsaslanaraq layiqli əmək haqqı təqdim olunan müəllim peşəsinə yiyələnmək mümkündür. Uşaq bağçalarında, məktəblərdə müəllim, böyük şirkətlərdə isə təlimçi kimi iş tapmaq mümkündür. 

Bu iş üçün illik əmək haqqı 40,000 avro nəzərdə tutulub. 

Təhsil sahəsində işəgötürən şirkət ingilis dili müəllimi kimi iş axtaran şəxsin ilk olaraq beynəlxalq sertifikatlarla malik olub- olmamağı ilə maraqlanır. Həmin sertifikatların Almaniyada təsdiqi tələb olunmur. 

Sertifikatlar aşağıdakı kimi ola bilər:

1. CELTA (Certificate in teaching English to speakers of other languages) — sertifikatı. Bu sertifikat əcnəbilərə ingilis dilini tədris etmək səlahiyyətini verir və Kembric Unversitetinin imtahan Komissiyası tərəfindən verilir; 

2. TESOL (Teaching English to speakers of other languages) və ya TEFL (Teaching English as Foreign Language) bütün dünyada dil kursları və institutlar tərəfindən verilir. 

Azərbaycanda əldə etdiyiniz ingilis dili müllimi ixtisası verən diplomu da təsdiq etdirmək mümkündür. Eyni zamanda, Almaniyada hər bir Federal Dövlətin xarici dil müəllimləri üçün öz tələbləri mövcuddur.