Fərhad Çağtürk / AzEuroNews.com Uzun illərdir Azərbaycan Xalq Cumhuriyyəti (AXC) dövrünü araşdıran, tarixçi Ceyhun Nəbi Rusiyadan Azərbaycana qayıtdıqdan sonra polis tərəfindən saxlanılıb. Bu barədə AzEuroNews.com-a onun yaxın dostu Elnur Məcidli məlumat verib.

E.Məcidlinin sözlərinə görə, tarixçi C.Nəbi Rusiyada işləyib : “Dostu olaraq çox narahatam. Ailəsindən Oqtay Güləliyevə verilən son məlumata görə, Ceyhun Şəmkirdə polis tərəfindən saxlanıldıqdan sonra Bakıya aparılıb. Ailəsinə sadəcə deyiblər ki, “Dövlət işidir”.  Hazırda onun harada saxlanıldığını öyrənməyə çalışırıq”.

E.Məcidli bildirib ki, taxrixçi Ceyhun Nəbi Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvüdür : “Uzun illərdir Cumhuriyyət dövrünü araşdıran Ceyhun Nəbi bir neçə kitabın da müəllifidir”.