Paytaxtın Azadlıq prospektinin Rəsulzadə qəsəbəsi ərazisində sakinlər dayanacaq yoxluğundan əziyyət çəkirlər. Burada yol boyu iki kilometrdən artıq məsafədə dayanacaq yoxdur.

AzEuroNews.com-un “Xəzər” TV-yə istinadən məlumatına görə, aidiyyəti qurumlar problemdən xəbərdardır.

Qəsəbə sakinləri deyirlər ki, təxminən altı il əvvəl parkın yanında bir dayanacaq olub. Sonradan həmin dayanacaq götürülüb. Buna görə artıq bir neçə ildir ki, qəsəbə sakinləri dayanacaq problemi ilə üz-üzə qalıblar.

Sakinlər problemlərinin həll edilməsini istəyirlər.