Los-Ancelesdə yerləşən “Getti” Muzeyində 2018-ci il “Instyle” mükafatları sahiblərinə verilib.

Oxu.Az xəbər verir ki, “Instyle” dərgisi tərəfindən dördüncü dəfə keçirilən gecədə “İlin dəb ikonu”, “İlin dizayneri”, “İlin stilisti” və “İlin ən bəyənilən qadını” mükafatları təqdim olunub.

Aktrisa Culia Roberts “İlin dəb ikonu”, “Çılğın varlı asiyalılar” filminin ulduzu Konstans Vu “İlin ən bəyənilən qadını”, Meqan Marklın gəlinliyini ərsəyə gətirən “Givency” brendinin dizayneri Kleyr Veyt Keller “İlin dizayneri”, Elizabet Stivart isə “İlin stilisti” seçilib.

Qeyd edək ki, gecəyə xeyli sayda məşhur qatılıb. Onlar geyimləri ilə diqqət çəkiblər.