BMW şirkəti 2010-2017-ci illər aralığında istehsal etdiyi avtomobillərdə qazçıxma sistemindəki qazın dövriyyəsini təmin soyuducuda texniki nasazlıq olduğunu açıqlayıb.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, şirkət sızan mayenin yanğınlara səbəb olma ehtimalının olduğunu bildirib.

Texniki nasazlığın aradan qaldırılması üçün 1,6 milyon avtomobil geri çağırılıb.

Şirkətin fəaliyyət göstərdiyi ölkələrdəki rəsmi nümayəndəliklərinə müraciət ediləcəyi təqdirdə heç bir ödəniş tələb edilməyəcəyi elan edilib.