Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulacaq.

“Report” xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma baş tutacaq. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” doğma azarkeşlər önündə Almaniyanın “Şalke” klubunu sınağa çəkəcək.

İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim bu matçda zədəli Emre Akbabanın xidmətindən yararlana bilməyəcək. Serdar Aziz, Fernando, Sofian Fequli və Henri Onyekurunun isə bu görüşdə iştirakı sual altındadır. Qonaqların heyətində isə Sedrik Toyxert zədəlidir.

Günün mərkəzi qarşılaşması isə İspaniyada baş tutacaq. “Barselona” İtaliya “İnter”ini qəbul edəcək. Meydan sahiblərinin ulduz futbolçusu Lionel Messi və Tomas Vermalen bu oyunu buraxacaq. Qonaqların heyətində isə itki yoxdur.

Çempionlar Liqası III tur

24 oktyabr

A qrupu

20:55. “Brügge” (Belçika) – “Monako” (Fransa)

23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Atletiko” (Madrid, İspaniya)

Xal durumu: “Borussiya” – 6, – “Atletiko” – 6, . “Brügge” – 0, “Monako” – 0.

B qrupu

20:55. PSV (Eyndhoven, Hollandiya) – “Tottenhem” (İngiltərə)

23:00. “Barselona” (İspaniya) – “İnter” (İtaliya)

Xal durumu: “Barselona” – 6, “İnter” – 6, PSV – 0, “Tottenhem” – 0.

C qrupu

23:00. “Liverpul” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya)

23:00. PSJ (Fransa) – “Napoli” (İtaliya)

Xal durumu: “Napoli” – 4, “Liverpul” – 3, PSJ -3, “Srvena Zvezda” – 1.

D qrupu

23:00. “Qalatasaray” (Türkiyə) – “Şalke” (Almaniya)

23:00. “Lokomotiv” (Moskva, Rusiya) – “Portu” (Portuqaliya)

Xal durumu: “Portu” – 4, “Şalke” – 4, “Qalatasaray” – 3, . “Lokomotiv” – 0.

Ötən gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.