Uzun müddət ayrı qaldıqdan sonra yenidən barışan aktor Ahmet Kural və müğənni Sıla ailə qurmağa hazırlaşır.

Axşam.az-ın türk mətbuatına istinadən xəbərinə görə, bu barədə “Gel konuşalım” adlı verilişdə məlumat verilib. İkilinin bir müddət sonra nikah masasına oturacağı deyilib.

İddialara görə, sənətçilərin ailələri gələn həftə bir-biri ilə görüşüb tanış olacaq. Bu səbəblə də Sılanın valideynləri İzmirdən İstanbula gəlib.