Fərhad Çağtürk / AzEuroNews.com  Almaniyanın Daxili İşlər Nazirliyi Türkiyəyə səfər edəcək Almaniya vətəndaşlarına xəbərdarlıq edib. AzEuroNews.com xəbər verir ki, xəbərdarlıq əsasən sosial şəbəkələrdə Türkiyə prezidenti əleyhinə olan paylaşımlarla bağlıdır. Məlumatda deyilir ki, Türkiyədə sosial şəbəkələr ciddi nəzarət altındadır. Ona görə, Almaniya vətəndaşları xüsusilə, Almaniya vətəndaşı olan milliyətcə türk və kürd olanların Türkiyəyə səfərləri zamanı çox diqqətli olmaları istənilir. 

Məlumata deyilir ki, Türkiyəyə girişi qadağan olunan Almaniya vətəndaşlarının siyahısı bir qədər də böyüyüb. 

Həmin şəxslərin əksəriyyəti Türkiyədə “FETÖ” terror təşkilatı kimi tanınan Fətullah Gülən tərəfdarlarıdır.

Almaniya Daxili İşlər Nazirliyi onlarla bərabər milliyətcə kürd olan və hazırda Almaniyada yaşayan Türkiyə vətəndaşlarına da xəbərdarlıq edərək bildirib ki, onların sosial şəbəkələrdəki aktiv fəaliyyətləri Türkiyəyə gedəcəkləri təqdirdə həbs təhlükəsi ilə üzləşmələrinə səbəb ola bilər. 

Alman turistləri geri qazanamaq istəyən Türkiyə isə, səyahət tövsiyyələrinin yumşaldılmasını istəyir.