Ramiyə Məmmədova
Ramiyə Məmmədova

 Emil Salamoğlu/AzEuroNews.com “Trampın müşaviri Boltonun Bakı səfərinin əsas məqsədi enerji layihələri ilə bağlıdır”. Bunu AzEuroNews.com-a politoloq Ramiyə Məmmədova ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri ilə bağlı deyib.

Onun sözlərinə görə, prezidentlə Boltonun görüşündə Dağlıq Qarabağ məsələsi, İran, Əfqanıstan və Türkiyə müzakirə oluna bilər. Siyasi ekspertin fikrincə, Boltonla görüşdən sonra Azərbaycan-Amerika münasibətlərinnin hansı istiqamətdə inkişaf edəcəyi müəyyənləşəcək.

Analitik Trampın müşavirinin Ermənistanda müzakirə edəcəyi məsələlərin Bakıda alacağı cavablardan asılı olacağını düşünür. R.Məmmədova vurğulayıb ki, Boltonun İrəvana səfəri diplomatik mahiyyət daşıyır: “Ermənistanla hər hansı enerji əməkdaşlığı yoxdur. Sadəcə, Ermənistanda Qərbmeyilli qüvvə hakimiyyətə gəlib və müzakirələr də bu aspektdə ola bilər. Eyni zamanda Vaşinqton istəsə Qarabağın həlli yönündə Ermənistana təzyiqlərə başlaya bilər. Çünki ABŞ müharibə həll olmasa regionda sabitlik mümkünsüzlüyünü anlayır”.