Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək.

“Report” xəbər verir ki, E qrupunda yer alan “Qarabağ” Bakı Olimpiya Stadionunda Ukrayna “Vorskla”sı ilə üz-üzə gələcək. Ağdam təmsilçisinin qrupdakı rəqibi Portuqaliya “Sportinq”i evdə İngiltərə “Arsenal”ı ilə qarşılaşacaq.

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi “Astana” klubu səfərdə Çexiya “Yablonets”i ilə münasibətlərə aydınlıq gətirəcək.

Türkiyənin turnirdəki təmsilçilərindən “Beşiktaş” doğma meydanda Belçika “Genk”i, “Fənərbağça” isə səfərdə eyni ölkənin digər təmsilçisi “Anderlext” ilə qarşılaşacaq.

Türkiyə Kubokunun qalibi kimi Avropa Liqasında iştirak edən “Akhisarspor” İspaniya “Sevilya”sının qonağı olacaq.

Avropa Liqası

Qrup mərhələsi, III tur

25 oktyabr

A qrupu

20:55. AEK (Larnaka, Kipr) – “Lüdoqorets” (Bolqarıstan)

20:55. “Sürix” (İsveçrə) – “Bayer” (Leverkuzen, Almaniya)

Xal durumu: “Bayer” – 6, “Sürix” – 6, AEK – 0, “Lüdoqorets” – 0.

B qrupu

20:55. “Leyptsiq” (Almaniya) – “Seltik” (Şotlandiya)

20:55. “Zaltsburq” (Avstriya) – “Rusenborq” (Norveç)

Xal durumu: “Zaltsburq” – 6, “Seltik” – 3, “Leyptsiq” – 3, “Rusenborq” – 0.

C qrupu

20:55. “Kopenhagen” (Danimarka) – “Slaviya” (Praqa, Çexiya)

20:55. “Zenit” (Rusiya) – “Bordo” (Fransa)

Xal durumu: “Kopenhagen” – 4, “Zenit” – 4, “Slaviya” – 3, “Bordo” – 0

D qrupu

20:55. “Anderlext” (Belçika) – “Fənərbağça” (Türkiyə)

20:55. “Spartak” (Trnava, Slovakiya) – “Dinamo” (Zaqreb, Xorvatiya)

Xal durumu: “Dinamo” – 6, “Spartak” – 3, “Fənərbağça” – 3, “Anderlext” – 0.

E qrupu

20:55. “Qarabağ” (Azərbaycan) – “Vorskla” (Poltava, Ukrayna)

20:55. “Sportinq” (Lissabon, Portuqaliya) – “Arsenal” (İngiltərə)

Xal durumu: “Arsenal” – 6, “Sportinq” – 6, “Vorskla” – 0, “Qarabağ” – 0.

F qrupu

20:55. “Milan” (İtaliya) – “Betis” (İspaniya)

20:55. “Düdelanj” (Lüksemburq) – “Olimpiakos” (Yunanıstan)

Xal durumu: “Milan” – 6, “Betis” – 4, “Olimpiakos” – 1, “Düdelanj” – 0.

G qrupu

23:00. “Reyncers” (Şotlandiya) – “Spartak” (Moskva, Rusiya)

23:00. “Vilyarreal” (İspaniya) – “Rapid” (Vyana, Avstriya)

Xal durumu: “Reyncers” – 4, “Rapid” – 3, “Vilyarreal” – 2, “Spartak” – 1.

H qrupu

23:00. “Ayntraxt” (Almaniya) – “Apollon” (Kipr)

23:00. “Marsel” (Fransa) – “Latsio” (İtaliya)

Xal durumu: “Ayntraxt” – 6, “Latsio” – 3, “Apollon” – 1, “Marsel” – 1.

I qrupu

23:00. “Beşiktaş” (Türkiyə) – “Genk” (Belçika)

23:00. “Sarpsporq” (Norveç) – “Malmö” (İsveç)

Xal durumu: “Beşiktaş” – 3, “Genk” – 3, “Malmö” – 3, “Sarpsporq” – 3.

J qrupu

23:00. “Sevilya” (İspaniya) – “Akhisarspor” (Türkiyə)

23:00. “Standard” (Lyej, Belçika) – “Krasnodar” (Rusiya)

Xal durumu: “Krasnodar” – 6, “Standard” – 3, “Sevilya” – 3, “Akhisar” – 0.

K qrupu

23:00. “Yablonets” (Çexiya) – “Astana” (Qazaxıstan)

23:00. “Renn” (Fransa) – “Dinamo” (Kiyev, Ukrayna)

Xal durumu: “Astana” – 4, “Renn” – 3, “Dinamo” – 2, “Yablonets” – 1

L qrupu

23:00. Çelsi” (İngiltərə) – BATE (Belarus)

23:00. PAOK (Yunanıstan) – “Videoton” (Macarıstan)

Xal durumu: “Çelsi” – 6. BATE – 3, PAOK – 3, “Videoton” – 0.