ABŞ-da bir çox kritik nöqtədə bomba həyəcanı siqnalı verilib.

“Ölkə.Az” xəbər verir ki, CNN kanalında da şübhəli bağlama səbəbindən canlı yayım yarımçıq kəsilib. Bina təxliyə edilib.

Keçmiş prezident Barak Obama və XİN rəhbəri Klintonun ofislərinə, Ağ Evə, CNN kanalının binasına və “Time Warner Center” binasına bombalı bağlama göndərildiyi barədə xəbər ölkədə həyəcana səbəb olub. CNN-in əməkdaşı Erik Levenson Nyu-York şəhərindəki binanın təxliyə edildiyini bildirib. Əraziyə polis qüvvələri cəlb edilib. “Time Warner Center”in də binası boşaldılıb. Bina 230 metr hündürlükdədir və 55 mərtəbəsi var.

Bombalı bağlamalar xüsusi xidmət orqanı əməkdaşları tərəfindən ələ keçirilib. Bombalar məhv edilib.