Göygöl rayonu Olimpiya kompleksinin qarşısında yol polis xidmətinin əməkdaşları tərəfindən hər həfət sonu fövqəladə vəziyyət elan edilir. Bu həftə sonu təşkil edilmiş növbəti reyd zamanı YPX avtomobillərinin çoxluğu və vətəndaşlarla gobud davranmaları hər kəsdə narazılıqa səbəb olub. Göygöl dövlət qoruğundan istirahətdən qayıdan vətəndaşların avtomobillərini dayandıraraq onların sənətlərini yoxlamaları uzun növbə və tıxac yaradıb. Bu acınacaqlı vəziyyətə dözə bilməyən əksər sürücülər YPX əməkdaşlarına müxtəlif üsullarla etirazlarını bildiriblər. Hətda sürücülərdən birisi polis əməkdaşının icazəsiz avtomobilinə minmək istəməsinə etiraz əlaməti olaraq avtomobilini sürüb və nəticədə polis nəfəri yıxılaraq qolu sınıb.

Güclü yağış yağması sürücülərin imdadına gəlib və reyd yarımçıq qalıb. Ümid edirik ki, yol polis xidmətinin təşkil etdiyi bu reydlərin nə məqsəd daşıdığına rəsmilər aydınlıq gətirərlər.

Hadisəni özündə əks etdirən videonu Sizlərə təqdim edirik.