Aktrisa Hazal Kaya rol aldığı serialın yeni mövsüm çəkilişlərində lentə alınmış fotolardan bəzilərini İnstaqram səhifəsində yerləşdirib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qırmızı dərin sinə dekolteli libası ilə obyektivlərə poz verən Kayanın artıq çəkisi diqqətdən qaçmayıb. Buna baxmayaraq, aktrisanın şəkilləri “like” atəşinə tutulub.

Qeyd edək ki, bir müddət əvvəl də 28 yaşlı Hazal artıq çəkisi səbəbilə çətin günlər keçirmiş və şəkər xəstəliyi üzündən kökəldiyini söyləmişdi. O, sonradan 11 kiloqram arıqlamışdı.