Ötən gecə Bakıda dəhşətli yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Binəqədi rayonu, Nəriman Nərimanov küçəsindəki çoxmərtəbəli binaların birində qeydə alınıb.

Tikintisi başa çatdırılmayan 16 mərtəbli binanın sonuncu mərtəbəsindəki yanğın gecə saat 02:00 radələrində başlayıb.

Yanğınla bağlı FHN-nin məlumatında qeyd olunur ki, çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində quraşdırılmış taxta qəliblər 200 m² sahədə yanıb. Taxta qəliblərin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.