Sosial şəbəkələrdə bir qrup müəllim direktorların sinif rəhbərlərindən jurnal pulu yığdığını bildirib. “Qafqazinfo” xəbər verir ki, onların sözlərinə görə, müəllimlərdən hər jurnala görə 3-5 manat tələb olunur.

Pul yığıldığı iddia olunan təhsil müəssisələri arasında  Ağdaş şəhər Nizami adına məktəb və Sumqayıt şəhəri 22 nömrəli tam orta məktəbin adı çəkilib.

Təhsil Nazirliyi qeyd olunan məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki,  aidiyyəti yerli təhsili idarəetmə orqanları ilə əlaqə saxlanılıb. Müvafiq yerli təhsili idarəetmə orqanlarının verdiyi məlumata əsasən bununla bağlı araşdırma aparılıb və sözügedən fakt aşkarlanmayıb.