Çinin Xalq Bankı (Mərkəzi Bankl) ABŞ dollarının məzənnəsini ötən günlə müqayisədə 0,0052 yuan artıraraq 6,9409 yuana bərabər müəyyən edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu Amerika valyutasının 2016-cı ilin dekabr ayının sonlarından bəri ən yüksək məzənnəsidir.

CNY/USD nisbəti bir qədər də artsa, 2008-ci ilin iyun ayında qeydə alınmış göstəriyə bərabər ola bilər. Həmin vaxt Çində dolların qiyməti 6,9 yuan təşkil edib.