Foto © Pete Linforth/ pixabay.com
Foto © Pete Linforth/ pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Fransa əcnəbilərə verdiyi yaşayış icazəsi kartının dövlət rüsumuna endirim etməyə hazırlaşır. AzEuroNews.com xəbər verir ki, bu barədə ötən gün Fransa Milli Məclisinin İqtisadiyyat Komissiyasında müzakirələr aparılıb. 

Həmin müzakirələr zamanı qeyd olunub ki, əcnəbilərə verilən yaşayış icazəsi kartı 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmalı və qiyməti endirilməlidir. 

Belə ki, artıq əcnəbilər yeni ildən bu kartı ilk dəfə almaq üçün 150 avro, onun müddətini uzatmaq üçün 87 avro ödəyəcəklər.  

Bundan əvvəl Fransada bəzi şəhərlərdə ilk oturum kartı alanlardan 609 avro, kartın müddətini artırmaq üçün isə, 269 avro dövlət rüsumu tələb olunurdu. 

Qərarın yeni ildən qüvvəyə minəcəyi gözlənilir.