Simvol Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniyada intihar etmək istəyən 43 yaşındakı Ümid Dursun polisin “elektroşok“ və sakitləşdirici iynə ilə müdaxilənsindən sonra ölüb. AzEuroNews.com xəbər verir ki, hadisə Bavariya əyalətinin Nürnberq şəhərində qeydə alınıb. 

Belə ki, 43 yaşlı türk yaşadığı binanın üçüncü mərtəbəsindəki pencərəni açaraq intihat etmək istəyib. 

Hadisə yerinə gələn polis əməkdaşları onu bu addımdan çəkindərməyə çalışıblar. Psixoloqun Ü.Dursunla xeyli davam edən söhbəti də bir nəticə verməyib.

Bu zaman polislər ona anidən müdaxilə edərək “elektroşok“ veriblər. Lakin bundan sonra da sakitləşməyən iki uşaq atasına sakitləşdirici iynə vurulub. Qəfil vəziyyəti pisləşən Ü.Dursun təcili yardımla xəstəxanaya aparılarkən yolda keçinib.

 Şəhər xəstəxanasınından bildirilib ki, 43 yaşlı Ü.Dursun xəstəxanaya gətirilərkən ölü olub. 

Əslən Türkiyənin Diyarbəkir şəhərindən olan iki uşaq atası bir metal emalı firmasında çalışırmış. Son bir neçə aydır o, işsiz olub. Ailəsindən verilən məlumata görə, dərmanlara allergiyası olan Ü.Dursunun ölmə səbəbi ona polis tərəfindən vurulan sakitləşdirici iynə ola bilər. 

Hadisə ilə bağlı danışan mərhumun 20 yaşlı qızı Ebru Dursun atasının ölümünə səbəb olanların tez bir zamanda cəzalandırılmasını tələb edib.

Türkiyənin Nürnberqdəki baş konsolu Yavuz Kül hadisə ilə bağlı təfərrüatları əldə etdikdən sonra lazımı instansiyalara müraciət edəcəklərini bildirib.