Həyat yoldaşı Emina Yahoviçdən boşanan müğənni Mustafa Sandal bu dəfə paylaşdığı foto ilə gündəmə gəlib.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, o, İnstaqram hesabına bir qadınla şəkil yerləşdirib. Saçlarının və üzünün bir hissəsinin düşdüyü xanımı izləyicilərdən bəziləri model Ceren Hindistana bənzədib.

Heç bir açıqlama verməyən Mustafa tezliklə şəklin şərh hissəsini bağlayıb, sonra isə onu silib.

Qeyd edək ki, Ceren bir müddət əvvəl azərbaycanlı iş adamlarından biri ilə sevgili olduğunu açıqlamışdı.