Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun istefası üçün Daxili işlər nazirinə raportla müraciət etdiyinə dair informasiya yayılıb.

AzEuroNews.com xəbər verir ki, bu barədə “Bizimyol.info”ya daxil olan məlumatda bildilir.

Məlumata görə, 24 ildir bu vəzifəni daşıyan 67 yaşlı R.Zeynalov iyul ayında yaş həddinə görə vəzifəsindən azad edilməsi üçün müraciət edib. Amma general Ramiz Zeynalovun istefa istəyi qəbul edilməyib. Buna səbəb kimi isə Tovuzda “Aqropark”ın tikintisinin ona tapşırıldığı və tikinti başa çatmayınca vəzifəsindən gedə bilməyəcəyi iddia olunur.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Kamran Əliyev bu məlumatı təkzib edib: “General Ramiz Zeynalovun vəzifəsindən azad edilməsi ilə bağlı nazirə raportla müraciət etməsi iddiası əsassızdır. Ramiz müəllim iş başındadır”.