“Qarabağ” “Vorskla”ya uduzdu

11
UEFA Avropa Liqasının III turu çərçivəsində “Qarabağ” və Ukraynanın “Vorskla” komandaları arasında oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
AzEuroNews.com “Report”a istinadən bildirir ki, qarşılaşmanın 48-ci dəqiqəsində “Vorskla”nın 10 nömrəli oyunçusu Vladislav Kulaç qonaqları hesabda irəli çıxarıb: – 0:1.
Meydan sahibləri bir neçə dəfə hesabı bərabərləşdirməyə yaxın olsalar da, bu imkanlardan istifadə edə bilməyiblər.
25 oktyabr
Avropa Liqası
Qrup mərhələsi, 3-cü tur
20:55. “Qarabağ” (Azərbaycan) – “Vorskla” (Ukrayna) – 0:1
Qol: Kulaç, 48
Baş hakim: Roi Reinshreiber (İsrail)
Bakı Olimpiya Stadionu