Foto © Kreispolizeibehörde Rhein-Sieg-Kreis
Foto © Kreispolizeibehörde Rhein-Sieg-Kreis

Fərhad Çağtürk / AzEuroNews.com / Siqburq ➤  Alman polisi türk toyunda tapançadan atəş açanları axtarır. AzEuroNews.com xəbər verir ki, hadisə bu ilin aprel ayında Şimali Reyn Vestfaliya əyalətinin Siqburq şəhərində qeydə alınıb. Belə ki, şəhərin Jean-Dohle küçəsindəki bir yaşayış binasının önündə toya gedənlər tapançadan havaya atəş açıblar. 

Digər qonşuların şikayəti ilə polis hadisə yerinə getsə də, silahdan atəş açan şəxslər oradan uzaqlaşıblar. Onlar daha sonra toyda peyda oublar və burada da havaya atəş açıblar. 

Foto © Kreispolizeibehörde Rhein-Sieg-Kreis
Foto © Kreispolizeibehörde Rhein-Sieg-Kreis

Aprel ayından axtarışları davam edən şəxsləri saxlamaq mümkün olmadığından polis hadisə şahidlərinin telefonla çəkdiyi görüntüləri əldə edərək sosial mediada yayıb. 

İndi polis aralarında biri qadın 3 kişini axtarır.

Siqburq kriminal polisi şəkildəki şəxsləri görənlərdən 02241/541-3121 telefon nömrəsinə zəng vuraraq məlumat vermələrini xahiş edir.