Azərbaycanlı stilist Anar Ağakişiyev Braziliyada master-klass dərsləri keçib. 

Cebhe.info xəbər verir ki, A.Ağakişiyev bununla bağlı vidoenu sosial şəbəkədəki səhifəsində paylaşıb.

Belə ki, Braziliyanın San-Paulo şəhərində baş tutan master-klass dəsrslərinə gələnlərin sayının çox olması, burada izdiham yaradıb. A.Ağakişiyevi görməyə gələnlər növbəyə durmalı olub. O, səhnəyə kürəyində Azərbaycan bayrağı həkk olunmuş köynəklə çıxıb.

Qeyd edək ki, A.Ağakişiyev bir müddət əvvəl üzündə yanıq izləri olan xanımı bəzəmiş və həmin qüsurlar görünməz hala gəlmişdi. Stilist bu əl işini sosial şəbəkələrdə yaydıqdan sonra dünyada tanınmağa başlayıb.