Foto © Weingarten/Deutschland pixabay.com
Foto © Weingarten/Deutschland pixabay.com

AzEuroNews.com ➤ Almaniyada sığınacaq üçün müraciət edənlərin sayı azaldığı kimi, Şimali Reyn Vestfaliya Federal ərazisində də bu tendensiya davam etməkdədir. Bu barədə məlumat AzEuroNews.coma Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən daxil olub. Məlumatda deyilir ki, bu ilin birinci yarısında əyalətdə qaçqın statusu üçün müraciət edənlərin sayı ümumilikdə 15700 nəfər olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 936 nəfər azdır.

Müraciət edənlərin əksəriyyətini Suriya, İraq və Türkiyə vətəndaşları təşkil edir. 2018-ci ilin birinci 6 ayı ilə bağlı Almaniyanın başqa əyalətlərilə müqayisəli təhlil göstərir ki, bu əyalətdə müraciət edənlər umumi ölkə üzrə otra hesabla daha çoxdur. Belə ki, bu ərazidə 13400 müraciət üzrə iş başlanıb ki, bu da orta hesabla digər federal ərazilərlə müqayisədə daha yüksəkdir. Başqa əyalətlərlə müqayisədə bu əyalətdən könüllü qayıdan və deportasiya olunanların da sayı daha çox olub. Maliyyə dəstəyi almaqla ölkəsinə könüllü qayıtmaq üçün müraciət edənlərlə bağlı da ən yüksək statistika bu əyalətdə qeydə alınıb.

Belə ki, ilk 6 az ərzində 2900 nəfərin könüllü qayıdış haqqında ərizəsinə baxılıb və müsbət qərar verilib.

Məlumatda o da bildirilir ki, bu əyalətdə müraciəti rədd edilən və hələ dözümlü yanaşılan 71 min nəfərdən 53 mini ölkəni tərk etməlidir.