Fərhad Çağtürk / AzEuroNews.com / Nürnberq   Almaniyada bir restoranın girişinə “Müsəlmanlar girə bilməz” yazılıb. AzEuroNews.com xəbər verir ki, hadisə Nürnberq şəhərində qeydə alınıb. Belə ki,  “Alman evi” adlı restoranın girişindəki menyu lövhəsinə təbaşirlə yazılan “Müsəlmanlar girə bilməz” sözü böyük narazılıqla qarşılanıb. 

Xüsusilə, bu şəhərdə yaşayan türklər restoran rəhbərliyinə öz etirazlarını bildiriblər. 

Restoran sahibi isə, bildirib ki, o sözü lövhəyə irqçi müştərilərdən biri yazıb və onların bundan xəbəri olmayıb.

Etirazlardan sonra restoran sahibi həmin yazını silmək məcburiyyətində qalıb.