Türkiyə Hərbi Hava Qüvvələri PKK terror qruplaşmaslının İraqın şimalında yerlləşən Hakurk rayonundakı mövqelərinə hava zərbələri endirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Twitter səhifəsində yayılan məlumatda deyilir.

Məlumata əsasən, hava zərbələri nəticəsində 4 PLL terrorçusu məhv edilib.

Xatırladaq ki, Türkiyə ilə müstəqil kürd dövlətinin yaradılmasına çalışan PKK arasında münaqişə 25 ildən çoxdur davam edir və 40 mindən çox insanın həyatına son qoyub.

PKK BMT və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınıb.