ABŞ prezidenti Donald Tramp yenidən çətirdən istifadə zamanı problemlə üzləşib.

Oxu.Az-ın xəbərinə görə, Tramp prezident təyyarəsinə qalxarkən çətirin yığılma mexanizmindən baş aça bilməyib.

Amerika lideri çətiri sadəcə təyyarəni trapında buraxıb və içəriyə daxil olub.

Prezidentin bu hərəkəti sosial şəbəkələrdə lağa qoyulub.

Qeyd edək ki, bu ABŞ liderinin çətirlə yaşadığı ilk problem deyil. Cari ilin aprel ayının sonlarında Vaşinqtona qayıdarkən Tramp güclü külək səbəbindən çevrilmiş çətirinin öhdəsindən gələ bilməyib.