“Çexiya Azərbaycanın strateji tərəfdaşıdır. Ölkədə fəaliyyət göstərən çex şirkətləri iki ölkənin münasibətlərinin möhkəmləndirilməsi istiqamətində fəal çalışırlar”.

“Report” xəbər verir ki, bu sözləri Çexiyanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Milan Ekert deyib.

Səfir qeyd edib ki, Çexiya şirkətləri nəqliyyat, energetika, neft və qaz hasilatı, kənd təsərrüfatı kimi sahələrdə təmsil olunur.

Öz növbəsində Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Azərbaycan Prezidenti adından Çexiyanı bayram münasibətilə təbrik edib. O, iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsində Çexiyanın ölkəmizdəki səfirliyinin fəaliyyətini yüksək qiymətləndirib.

Tədbirdə deputatlar Səməd Seyidov və Naqif Həmzəyev də iştirak ediblər.