Ən çox istifadə edilən “Android” versiyaları açıqlandı. Modern.az xəbər verir ki, ən son “Android” versiyası keçən aydakı kimi bu ay da siyahıda yoxdur.

Ağıllı telefonlarda tanınan iki əməliyyat sistemi var. Bunlardan biri “Apple”ın öz ekosistemində istifadə etdiyi “iOS”, digəri isə “Google” tərəfindən inkişaf etdirilən “Android”dir.

“Google”un ən son versiyası “Pie”nin yayımlanma vaxtı 3 aydan çox müddət olsa da “Android Pie” hələ “Android”in ən çox istifadə edilən versiyaları arasında deyil.

Oktyabr ayı üçün açıqlanan ən çox istifadə edilən “Android” versiyası cədvəlində 2010-cu ildə istifadəyə verilən “Gingerbread” versiyası da yer alıb.

“Android”in ən çox istifadə edilən versiyası 2016-cı ildə yayımlanan “Nougat”dır.