İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Xulen Lopetegi La Liqanın X turunda “Barselona”ya 1:5 hesablı məğlub olduqları oyundan sonra futbolçularıla vidalaşıb.

“Report”un “Marca”ya istinadən verdiyi məlumata görə, 52 yaşlı mütxəssis hər ehtimala qarşı onlarla sağollaşmağı lazım bildiyini söyləyib. Bildirilir ki, “Real Madrid” bu gün Bakı vaxtı ilə saat 16:00-da italiyalı Antonio Konteni komandanın yeni baş məşqçisi qismində ictimaiyyətə təqdim edəcək.

Qeyd edək ki, bu il iyunun 15-dən “Real Madrid”ə rəhbərik edən Xulen Lopetegi 2018-ci il dünya çempionatı ərəfəsində İspaniya yığmasından qalmaqalla ayrılıb. “Kral klubu” hazırda La Liqada 14 xalla 9-cu pillədə qərarlaşıb.