Bu gün İstanbul şəhərində 3-cü hava limanı açılacaq.

“Ölkə.Az” xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın açılışını edəcəyi hava limanı dünyanın ən böyük hava limanıdır. 90 milyon sərnişin üçün nəzərdə tutulan hava limanı tam gücü ilə fəaliyyətə başlayanda il ərzində 200 milyon sərnişinə xidmət edəcək.

Hava limanının ərazisi 1.3 milyon kvadret metr, ümumi inşaat sahəsi isə 76.5 milyon kvadrat metrdir. Tam gücü ilə fəaliyyətə başlayanda 6 uçuş zolağı, 500 təyyarənin park edilə biləcəyi ərazi, 70 min avtomobil üçün nəzərdə tutulan açıq və bağlı qaraj, 200 milyon sərnişinə xidməti ilə dünyanın ən böyük hava limanı olacaq.

Gündə 2 min təyyarə uçuş-eniş edə biləcək. 350 istiqamətə uçuşlar həyata keçiriləcək və 250 hava yolu şirkətinə xidmət göstəriləcək.

Açılışdan sonra ilk uçuş 31 oktyabr Türkiyə vaxtı ilə 11:30-da həyata keçiriləcək. İlk uçuş İstanbul-Ankara səfəri olacaq. İlk səfərdə “Boeing 777” sərnişin təyyarəsi  havaya qalxacaq.

Hava limanına 18 xətt ilə 150 avtobusla getmək olar. Gündə 75 min sərnişin avtobuslarla hava limanına gedə biləcək.