Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi partiyanın liderliyinə təkrar namizəd olmayacağı barədə açıqlaması qlobal maliyyə bazarında avronun ucuzlaşması ilə nəticələnib.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, USD/EUR nisbəti bu ay ilk dəfə olartaq 1,1369-a düşüb.

Maraqlıdır ki, ABŞ dolları türk lirəsi qarşısında da ucuzlaşıb. TRY/USD nisbəti ötən həftəni 5,62 səviyyyəsində yekunlaşdırıb. Halbuki, Türkiyə Mərkəzi Bankının 25 oktyabr tarixli faiz qərarından sonra qonşu ölkədə 1 dollar 5,65 lirəyə bərabər olub. Qeyd edək ki, bu həftənin sonuna qədər qurumun 2018-ci ilin 4-cü inflyasiya hesabatını açıqlayacağı gözlənilir.