Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 3 mln. 61,1 min manat olub.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, yanvar-avqust aylarındakı göstəricidən 330,2 min manat və ya 12,09% çoxdur. Bir il əvvəl ilə müqayisə etsək, xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımlar 553,4 min manat və ya 22,07% çoxdur.

Xaricə səfər edən vətəndaşların sığortası ödənişlərə gəlincə, bu ilin oktyabrın 1-nə bu rəqəm 603,3 min manat təşkil edib ki, bu, sentyabrın 1-i ilə müqayisədə 13,15%, 1 il əvvəl ilə müqayisədə isə 2,1 dəfə çoxdur.