İçərişəhərdə Kiçik Qala küçəsində olan restoranların fəaliyyəti müvəqqəti dayandırılıb.

AzEuroNews.com xəbər verir ki, bunu Trend-ə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Zeynəb Cahan deyib.

Z.Cahanın sözlərinə görə, hazırda İçərişəhərdə bir sıra yenidənqurma işləri gedir:

“İçərişəhər bütövlükdə mədəni tarixi abidə olduğuna görə, orada bərpa-yenidənqurma işləri aparılır. Bu işlərlə əlaqədar Qoşa Qala Qapısının yaxınlığında yerləşən restoranların fəaliyyəti dayandırılıb. Yenidənqurma işləri bitdikdən sonra həmin obyektlər yenidən fəaliyyətə başlayacaq”.

İdarə rəsmisi onu da əlavə edib ki, həmin restoranlar İçərişəhərə məxsus deyil, şəxsi obyektlər kimi fəaliyyət göstərir.