Sabah – oktyabrın 30-da Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.

“Report” xəbər verir ki, iclasın gündəliyinə 57 məsələ daxildir.

Bunlar “Normativ hüquqi aktlar haqqında”, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Təhsil haqqında”, “İnzibati icraat haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Pasportlar haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Dövlət sirri haqqında”, “Avtomobil yolları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”,”Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”,”Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Aviasiya haqqında”, “Dövlət borcu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” və s. qanunlara, eləcə də Cinayət, Cinayət Prosessual, İnzibati Xətalar, Mülki, Mülki Prosessual, Gömrük, Vergi məcəllələrinə dəyişiklik layihələridir.

Deputatlar iclasda yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” (üçüncü oxunuş) və “Psixoloji yardım haqqında” (birinci oxunuş) qanun layihələrinə baxacaqlar.