Pop ulduz Mustafa Sandalın bir neçə ay bundan əvvəl boşandığı xanımı Əminə Jahoviçin iş adamı Sadettin Saranla sevgili olduğu təsdiqlənib. 

“Qafqazinfo” xəbər verir ki, artıq biznesmen gənc ifaçını öz ailəsi ilə tanış edib və xatirə fotosu çəkdirib. Tezliklə sözügedən şəkil sosial şəbəkələrdə yayılaraq cütlüyün münasibəti öz təsdiqini tapıb.

Qeyd edək ki, iş adamı bir müddət əvvəl üzü görünməyən xanımla fotosunu paylaşaraq “darıxdım” şərhini yazmışdı.

Türkiyə KİV-ləri həmin şəxsin Əminə Jahoviç olduğunu iddia etmişdi.